Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illik hesabat verir


2012-ci il ərzində Dövlət Məşğulluq Xidməti orqanlarına müraciət edən 49 326 nəfərdən 29 750 nəfər münasib işlə təmin edilib,
4 464 nəfər hazırlıq kurslarına, 1483 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib,
111 956 nəfərə peşəyönümü məsləhəti verilib.

3 286 nəfərə isə qanuna müvafiq qaydada işsiz statusu, 3619 nəfərə işsizlik müavinəti təyin olunub.

APA-nın xəbərinə görə, bu məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2012-ci il ərzində görülən işlərin yekunlarına dair hesabatında əks olunub.

2012-ci il ərzində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və müraciətlərin araşdırılması zamanı 17 973 hüquq pozuntusu aşkar edilərək aradan qaldırılması təmin edilib.

Ödənilməsi işəgötürənlər tərəfindən gecikdirilmiş 1 087 962 manat əmək haqqının, 72 866 manat zərərə görə ödəncin, 29 624 manat sosial müavinət və kompensasiyanın ödənilməsi təmin edilib, 161 nəfərin öz işlərinə bərpa edilməsinə nail olunub.

Ötən il respublika üzrə ümumilikdə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib.

2012-ci ildə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2011-ci illə müqayisədə 254-dən 212-yə, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 97-dən 82-yə, xəsarət alanların sayı 211-dən 159-a enib.

Ötən il 57 şəhər və rayonda keçirilən əmək yarmarkalarında 5 471 nəfər işsiz vətəndaş münasib işlərlə təmin edilib, 455 nəfər peşə hazırlığı kurslarına, 367 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən 4 095 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub.
XS
SM
MD
LG