Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 00:20

Furqan Sadıqdan ilk şeir kitabı

-

Gənc yazar Furqan Sadıqın ilk kitabı işıq üzü görüb. “Yarpaqların intihar fəsli” adlanan şeirlər toplusuna onun erkən qələm təcrübələri daxil edilib.

Onlar arasında təbiət şeirləri, fəlsəfi şeirlər və “Pıçıltılar” adlanan kiçik poeziya nümunələri də var.

Kitabın redaktoru şair Elşad Ərşadoğludur. Şair Maarif Soltan kitaba ön söz yazıb.

Kitabı yaxın günlərdə Bakının mağazalarından əldə etmək olar.
This item is part of
XS
SM
MD
LG