Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:27

Kərkükdə törədilən hücumlarda azı 33 adam ölüb



Bu gün İraqın şimalındakı Kərkük şəhərində törədilmiş 2 hücumda azı 33 nəfər ölüb, 70dən çox adam yaralanıb.

Məlumatlara görə İntiharçı minalanmış maşını şəhər polis idarəsinin ətrafında partladıb və bundan sonra yaraqlılar binaya hücum ediblər.

Amma hücum baş tutmayıb.

Şahidlərin dediklərinə görə, hücum edənlər polis paltarında olublar.

Həmçinin şəhər rabitə idarəsinin qarşısında partlayış törədilib.

Hücumlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İraqın neft mərkəzlərindən sayılan Kərkükdə müxtəlif etnik millətlər yaşayır.
Neftdən gələn gəlir mərkəzi hakimiyyətlə Kürd Muxtar vilayətinin arasında bərabər bölünür.

Amma bu məsələ ətrafında daima mübahisələr düşür.
XS
SM
MD
LG