Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyir


r Benjamin Netanyahu
r Benjamin Netanyahu
"İranın nüvə silahı əldə etməsinə imkan verməmək yeni yaradılacaq İsrail hökumətinin başlıca işi olacaq".

Bunu İsrailin baş naziri Benjamin Netanyahu bəyan edib.

İsrail prezidenti Shimon Peress dünən baş nazir Netanyahuya yeni koalision hökumət yaratmağı tapşırıb.
Qanunla buna 28 gün vaxt verilir.

Yanvarın 22-də keçirilmiş parlament seçkisində Netanyahunun blokuna daxil olan “Likud” və “ İsrail bizim evimizdir” partiyaları kiçik fərqlə qalib gəliblər.

Benyamin Netanyahu həmçinin yeni hökumətin Fələstinlə sülh prosesinə sadiq olacağını bəyan edib.
O geniş milli birlik hökuməti yaradacağına ümidlə yanaşır.
XS
SM
MD
LG