Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:34

Müsabiqənin finalçıları bilindi


-

Kulis.az-ın məlumatına görə yanvarın 31-də Azərbaycan Yazıçılar Birliyində Ədəbiyyat Müsabiqəsinin Komissiya Heyətinin növbəti iclası keçirilib. Müsabiqə komissiyasının yeni sədri Xalq Yazıçısı Mövlud Süleymanlının rəhbərliyi ilə keçirilən iclasda ilk öncə Müsabiqəyə təqdim olunan əsərlər arasından qısa siyahıya keçid üçün qiymətlənləndirmə prinsipləri müzakirə edilib. İkinci mərhələyə keçmiş 31 əsər arasından 20-si qısa siyahıya keçid üçün səs alıb. Qeyd edirik ki, ikinci mərhələyə keçmiş 35 nəfərdən dördü- Aqşin Yenisey, Şəhriyar Hacızadə, Azad Qaradərəli və Zakir Sadatlı əsərlərini müsabiqədən geri götürüblər. Əsərlərin siyahısını nominasiyalar üzrə diqqətinizə çatdırırq:


Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatına
təqdim edilən kitabların siyahısı


Etimad Başkeçid (“Min yol mənə söylər”)
Alpay Azər (“Şax yeriyənlər”)
Əsəd Qaraqaplan (“Savaş roMAN”)
Varis Yolçiyev (“Yetmiş yeddinci gün”)

(Gənc yazar Əsəd Qaraqaplan da Ədəbiyyat Müsabiqəsindən imtina edib. Kulis.Az-a məktub göndərən gənc yazar həqiqi ədəbiyyat naminə müsabiqədən imtina etdiyini deyib. Məktubu olduğu kimi təqdim edirik. "Mənim oxuduğum ədəbiyyata görə, müsabiqələr şairləri, yazıçıları yox, şairlər, yazıçılar müsabiqələri seçirlər. Mən gördüm ki, AYB-in bu müsabiqəsi əvvəlki müsabiqələri kimi, istedadlı şairləri, yazıçıları yox, özlərinə lazım olan iste-dadlı adamları seçmək istəyir. Mən həqiqi ədəbiyyatın, həqiqi istedadın naminə bu müsabiqədən imtina edirəm”)

Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatına
təqdim edilən kitabların siyahısı


Mahir Qarayev (“ Poetik silsilələr toplusu)
Vaqif Bəhmənli (“Hamı”)
Xanəmir (“Qəvi qövmün qalı”)
Əli Şirin Şükürlü (“Xoşbəxtlik ehtimalı”)
Elvin Bakiroğlu (“Nə sussan, mənə xoşdur”)

Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatına təqdim edilən əsərlərin siyahısı

Rüstəm Kamal (“Sözü işığa danışdım”)
Əsəd Cahangir (“Kim yatmış, kim oyaq”)
Qan Turalı (“Polis qorxusuyla öpüşmək”)
Elnarə Akimova (“Yeni təfəkkür və ədəbi tənqid”)
Gülşən Əliyeva-Kəngərli (“ Bədii düşüncə”)

Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatına təqdim olunan kitabların siyahısı

Vilayət Hacıyev (F.Kafka, “Məhkəmə”, roman)
Ələkbər Salahzadə (M. Selimoviç, “Dərviş və ölüm”, roman)
Mehriban Rzayeva ( M. Əl-Arus-əl Mətvi, “Acı tut”, roman və hekayələr)
Mixail Sinelnikov (Sin Tyurkskaya: Azerbaydjan Severniy i Yujniy v stihah ruskkih poetov)

Publisistika

Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatına təqdim edilən kitabların siyahısı

Vilayət Quliyev (“İz naslediya politiçeskoy emiqrasii Azerbaydjana v Polshe”, rusca)
İmdat Avşar (“Evliya Çələbinin izində Aəzrbaycan”, türkcə)
XS
SM
MD
LG