Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:04

Joe Biden:" ABŞ-la Rusiya arasında dərin fikir ayrılıqları mövcuddur"


Joe Biden
Joe Biden
Münhendə Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir.

Konfransda Rusiya-Nato münasibətləri,Suriya, Yaxın Şərq, Şimali Afrika və Afrika ölkələrindəki vəziyyət də daxil olmaqla qlobal təhlükəsizlik məsələləri müzakirə olunur.

Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden konfransda çıxış edərkən Suriya və NATO-nun hava hücumlarından müdafiə sistemlərini genişləndirməsi məsələlərində Vaşinqtonla Moskva arasında dərin fikir ayrılığı olduğunu deyib.

Amma o iki ölkə arasında tərəfdaşlığın hələ də mümkün olduğunu qeyd edib.

Biden həmçinin qeyd edib ki, ABŞ Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə çıxışında Suriyaya qarşı güc tədbiqinin yolverilməz olduğunu deyib və bildirib ki, prezident Bashar Assadın istefasını başlıca məsələ sayanların inadkarlığı, Suriya faciəsinin davam eləməsinin əsas səbəbidir.

Konfransda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət də müzakirə olunur.
XS
SM
MD
LG