Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

Hicab aksiyaçılarının həbs müddəti uzadılır


-
Ötən ilin oktyabrında «Hicab aksiyası» zamanı saxlanılanların həbs müddəti fevralın 2-də daha 1 ay uzadılıb.

Bu barədə AzadlıqRadiosuna həmin aksiyada saxlanan Nəsimi Həsənovun vəkili Anar Qasımlı məlumat verib:

«Fevralın 2-də Səbail rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə 26 nəfərin həbs müddətinin daha 1 ay uzadılması barədə qərar qəbul edildi».

2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında «Hicaba azadlıq» aksiyası keçirilib. Həmin aksiya zamanı ümumilikdə 35 nəfər saxlanılıb.

Onlardan 8 nəfərinin istintaqı yekunlaşıb, iş Nərimanov rayon Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG