Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 23:35

Misirdə yeni prezidentə qarşı etirazlar davam edir

Foto arxiv
Foto arxiv
Dünən Qahirədə prezident sarayının qarşısında polislə nümayişçilər arasında toqquşma olub.

Polis yandırıcı butulka və daş atan kütləni dağıtmaq üçün sudan istifadə edib, havaya xəbərdarlıq atəşləri açıb.
Həmçinin ölkənin digər tələblərində prezident Muhammad Morsiyə qarşı nemayişlər keçirilib.

Aksiyaçılar prezidenti milli birlik hökuməti yaratmağa və islamçıların hazırladığı konstitusiyaya düzəlişlər etməyə çağırırlar.

Son günlər bu yələblə keçirilən aksiyalarda 60-a yaxın adam ölüb.

Müxalifət Morsini verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.
This item is part of
XS
SM
MD
LG