Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:11

Baş Prokurorluq keçən il rüşvət almağa görə 300 məmura cinayət işi açdığını bildirir


Arxiv foto.
Arxiv foto.
-
Keçən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvət üçün vəzifədən sui-istifadə, səlahiyyətlərini aşma faktları üzrə 298 nəfər barəsində 170 cinayət işinin istintaqını tamamlayıb. Həmin işlər məhkəmələrə göndərib.

Bu haqda fevralın 1-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verilib.

Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.

«Vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 34 cinayət işi başlanıb. Əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilib», - deyə məlumatda bildirilir.

İclasda verilən məlumata görə 2012-ci ildə prokurorluq orqanlarının 62 əməkdaşı intizam qaydasında cəzalandırılıb. 6 əməkdaş tutduğu vəzifələrdən azad edilib.

Hazırda Azərbaycanda bir neçə dövlət orqanında, o cümlədən, Prezident Administrasiyasında, Baş Prokurorluqda korrupsiya ilə mübarizə idarələri fəaliyyət göstərir. Amma tənqidçilər bu idarələrini işlərinin effektiv saymırlar. Müstəqil iqtisadçılar və müxalifət təmsilçiləri Azərbaycanda yalnız kiçik məbləğli rüşvət faktlarına görə kimlərinsə cəzalandırılması barədə məlumatlarla hakimiyyət ölkədə bu bəla ilə mübarizə görüntüsü vermək istəyir. Dövlət büdcəsinin külli miqdarda talanması hallarına isə adı çəkilən qurumlar toxuna bilmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG