Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Korrupsiya ilə bağlı 170 cinayət işi məhkəmələrə göndərilib


-
Keçən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvət üçün vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma faktı üzrə 298 şəxs barəsində 170 cinayət işinin istintaqını tamamlayıb.

Həmin işlər məhkəmələrə göndərib.

Bu haqda fevralın 1-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verilib.

Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.

«Vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 34 cinayət işi başlanıb. Əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilib», - deyə məlumatda bildirilir.
XS
SM
MD
LG