Keçid linkləri

Təcili xəbərlər
2023, 31 Mart, Cümə, Bakı vaxtı 17:12

Baş prokuror İsmayıllı hadisələrinə münasibət bildirib


-
Bakıda və İsmayıllıda destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurması yaradılması ilə əlaqədar başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri addımlar atılır.

Bunu Baş prokuror Zakir Qaralov fevralın 1-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Z. Qaralov vətəndaşların öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, dini ekstremizm, separatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin aradan qaldırılması üçün tapşırıqlar verib.
XS
SM
MD
LG