-
Fevralın 1-də ABŞ-ın Türkiyə paytaxtı Ankaradakı səfirliyinin qarşısında partlayış törədilib. Hadisə zamanı azı səfirliyin mühafizə xidmətinin türk əməkdaşlarından biri həlak olub, intiharçı da hadisə yerində ölüb. Yaralılar var.
ABŞ-ın Ankaradakı səfiri Francis Ricciardone partlayışdan sonra jurnalistlərə bildirib ki, hadisəni intiharçı törədib. Partlayışda intiharçının özü və səfirliyi mühafizə edən türk təhlükəsizlik işçisi həlak olub.
Səfir həlak olan mühafizə xidməti əməkdaşının yaxınlarına baş sağlığı verib və Türkiyə hökumətinə hadisəyə operativ reaksiya üçün təşəkkür edib.
Hələlik partlayışa görə məsuliyyəti heç kim boynuna götürməyib.
Partlayış nəticəsində səfirliyinin binasının çöl divarlarında zədələr əmələ gəlib.