-
Bir çox insanlar düşünürlər ki, Skype-la zəng etmək təhlükəsizdir və hökumətlər Skype-la edilən söhbətlərə qulaq asa bilmirlər.
Dissidentlər və siyasi fəallar adi və mobil telefonla danışmağın təhlükəsiz olmadığını yaxşı bilirlər. Xüsusən də əgər telefon operatorları dövlət şirkəti, yaxud hökumətlə bağlı şirkətlərdirsə.
“Sərhədsiz reportyorlar” təşkilatının rəqəmsal təhlükəsizlik və şəxsi həyat üzrə eksperti Gregoire Pouget deyir ki, Skype-ın bu mənada tam təhlükəsiz olmasına şübhə edir:
“Belorus və Rusiyada jurnalistlər bizə deyiblər ki, onların Skype-dakı söhbətlərinə qulaq asılıb”
Skype istifadəçilərinin dünyadakı sayı 600 milyon nəfərdir
Pouget deyir ki, Internet vasitəsilə telefon xidmətlərini müxtəlif virus proqramlarının hədəfinə almaq mümkündür:
“Cəmi bir neçə yüz dollara sən virus proqramı alaraq hansısa Skype istifadəçisinin kompüterinə müdaxilə edə bilərsən. Bunun üçün həmin adama e-mail göndərirsən, o da həmin e-mailə əlavə edilmiş “attachment”i (əlavəni) açan kimi virus kompüterinə yüklənir. Bundan sonra həmin virus proqramları ilə Skype istifadəçisinin söhbətlərinə qulaq asa, çatlaşmalarını görə bilərsən. Həm də onun danışdığı digər istifadəçinin kontaktlarını götürə bilərsən”.
Bu deyilənlər ərəb baharından əvvəl Skype barəsində mövcud olan təsəvvürlərə ziddir.
Çünki Misir, Tunis və Yəməndə repressiv rejimlərin devrilməsi ilə nəticələnən siyasi hərəkatların üzvləri məhz sosial şəbəkə və Skype-dan istifadə edirdilər.
Orada siyasi və ictimai fəallar Skype-a təhlükəsiz bir rabitə vasitəsi kimi baxıblar, hökumətlərin həmin danışıqlara nəzarət etmək imkanında olmadığı düşünüblər.
Əlbəttə, zaman keçdikcə, hökumətlər də bunu anlayıblar və ola bilər ki ölçü götürüblər.
Bu yaxınlarda “Sərhədsiz reportyorlar” bəzi başqa insan haqlarının müdafiəsi təşkilatları ilə birgə
“Skype”a məktub yazıblar
Məktubda xahiş edilir ki, şirkət onun xidmətlərindən istifadənin nə dərəcədə təhlükəsiz olması məsələsinə aydınlıq gətirsin.
“Skype” şirkətini almış “Microsoft” bildirib ki, məktubu öyrənirlər amma hələ ki cavab yoxdur.
Londondakı “Privacy International” təşkilatının eksperti Sam Smith deyir ki, insanlar “Skype”a onun 2005-ci ildəki bəyanatına görə inanırdılar.
O zaman şirkət bəyan etmişdi ki, onun istifadəçilərinə “heç kəs qulaq asa bilmir”.
Amma 2011-ci ildə “Skype”-ı 8,5 milyard dollara almış “Microsoft” hələ ki belə bir bəyanat verməyib.
Smith deyir ki, o zaman insanlar ona görə “Skype”a kütləvi şəkildə keçirdi ki, bunun təhlükəsiz və ucuz olduğunu bilirdilər. Əgər təhlükəsizliklə bağlı məsələdə dəyişiklik varsa, bu, istifadəçilərə bildirilməlidir.
“Sərhədsiz reportyorlar”ın eksperti Pouget isə Skype istifadəçilərinə təhlükəsizlik üçün bəzi önləyici tədbirlər görməyi tövsiyə edir.
O deyir ki, istifadəçilər istifadə etdikləri İnternet operatorları haqda düşünməlidirlər. Həmin operatorlar hökumətlə nə dərəcədə bağlıdır, hökumətin xahişi ilə şəxsi həyata müdaxilə edib hansısa informasiyanı götürə bilərmi?