Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:50

Füzulidə 2700 il yaşı olan möhür tapılıb


Möhürün naxışları qabartma üsulu ilə işlənib. Foto: apa
Möhürün naxışları qabartma üsulu ilə işlənib. Foto: apa
-
Füzuli rayonunun Bala Bəhmənli kənd muzeyi bir tapıntı ilə zənginləşib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qiymətli tapıntının dəyəri və yaşı Azərbaycan Milli Elmlər Akademiyasında müəyyənləşdirilib.

Hazırda həmin möhür Füzuli rayon tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialında sərgilənir.

Yerli sakinlər tərəfindən aşkarlanan möhür görünüşünə görə daha çox üzüyə bənzəyir.
Möhürün naxışları qabartma üsulu ilə işlənib.

Nadir tapıntı əkin işləri zamanı aşkarlanıb.

Bu ərazilərdə əkin işləri son illər aparılmağa başlayıb.

Xüsusilə ərazidə təmizləmə əməliyyatları aparan ANAMA-nın fəaliyyətindən sonra əkin-biçin işləri genişlənib.

Kənd sakinləri ilə yanaşı, elə minaaxtaranlar da o ərəfədə xeyli sayda tarixi əşyalar aşkarlayaraq kənddəki muzeyə təhvil veriblər.

Bala Bəhmənli kənd muzeyi 2006-cı ildən Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb.

Hazırda burada 500-dən çox eksponat sərgilənir.

Bunların yüzdən çoxunun yaşı 3 min ildən artıqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG