Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

BMT-nin eksperti İsraili Fələstin ərazilərindən çıxmağa çağırıb


BMT-nin hümanitar məsələlər üzrə bir qrup eksperti İsraili işğal edilmiş Fələstin ərazilərində tikinti işlərini dayandırmağa və bütün yəhudi sakinləri ordan çıxarmağa çağırıb.

Ekspertlər cümə axşamı yaydıqları hesabatda İsraili beynəlxalq normaları ciddi şəkildə pozmaqda günahlandırırlar.

Hüquq müdafiəçilərinin sözlərinə görə, fələstinlilərin gələcək dövlətlərinin tərkib hissəsi kimi görmək istədikləri İordan çayının qərb sahili və Şərqi Qüdsdə hazırda 520 minə yaxın adam yaşayır.

Ümumilikdə söhbət təxminən 250 yəhudi qəsəbəsindən gedir.
İsrail bu ərazilərdə tikinti işlərini dayandırmaqdan imtina edir.
XS
SM
MD
LG