Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Misirin aparıcı siyasi partiyaları razılaşıb


Misirin aparıcı müxalifət partiyaları zorakılıq etməmək barədə razılaşma imzalayıblar.

Razılaşma prezident Muhammad Morsinin tərəfini saxlayan “Müsəlman qardaşları” hərəkatının rəhbərliyi və müxalifətdə olan dünyəvi partiyaların liderləri arasında əldə olunub.

Müxalifət liderlərindən biri Mohammad al Baradei bundan əvvəl ölkədəki siyasi böhranı aradan qaldırmaq üçün milli barışıqla bağlı təcili dialoqa çağırmışdı.

Ötən cümə günündən bu yana ölkədə baş verən toqquşmalarda 50-dən çox adam ölüb.
Müxalifət prezident Muhammad Morsini vədlərini yerinə yetirməməkdə günahlandırır.

3 şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.
XS
SM
MD
LG