Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:48

«Binə» Ticarət Mərkəzində yanğın olub

Yanvarın 31-i «Binə» Ticarət Mərkəzində yanğın olub. APA-nın məlumatına görə, yanğın dükanlardan birində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayon Yanğından Mühafizə Xidmətinin rəis müavini Mətləb İsmayılov jurnalistlərə bildirib ki, yanğın saat 8.30 radələrində başlayıb, sahəsi 40 kvadratmetr olan mağaza yanıb.

Yanğının digər dükanlara keçməsinin qarşısı alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
This item is part of
XS
SM
MD
LG