Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Misirin müdafiə naziri Abdel Fattah al Sisi: "Ölkə dağıla bilər"


Misir silahlı qüvvələrinin baş komandanı və müdafiə naziri Abdel Fattah al Sisi siyasi böhranın davam edəcəyi halda ölkənin dağılmasının mümkünlüyünü istisna etmir.

O qeyd edib ki, həll edilməmiş siyasi, sosial və iqtisadi problemlər ölkənin təhlükəsizliyi və birliyini təhlükə altında qoyur.
Nazir bunu hərbi akademiyada kursantlarla görüşdə deyib.

Son günlər ölkədə yeni prezident Muhammad Morsiyə qarşı keçirilən kütləvi nümayişlər zamanı 50-dən çox adam ölüb.

Müxalifət Morsinin verdiyi vədləri yerinə yetirməməkdə günahlandırır.
XS
SM
MD
LG