Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 02:59

Astanada Nizami, Nəsimi və Füzuli haqqında kitab çıxıb


Romada Nizaminin heykəli
-
Qazaxıstanın paytaxtı Astanada Vidadi SalahovKalimaş Beqalinovanın həmmüəllifi olduğu «Böyük Azərbaycan mütəfəkkirləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığı» kitabı rus dilində nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, kitabın rəyçiləri Azərbaycandan akademik Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.

Toplu «Azərbaycanın tarixi keçmişindən səhifələr», «Nizami Gəncəvi yaradıcılığı mənəvi mədəniyyətin və incə hisslərin vəhdəti kimi», «İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində hürufiliyin ifadəçisi kimi», «Məhəmməd Füzuli Azərbaycan poeziyasının parlaq nümayəndəsi kimi» fəsillərinə bölünüb.

Kitab universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə olunacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG