Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Lakhdar Brahimi:"Suriya getdikcə dağılır"


Lakhdar Brahimi
Lakhdar Brahimi
BMT-nin təhlükəsizlik şurası vətəndaş müharibəsinə sürüklənmiş Suriyaya hümanitar yardımları artırmağa çağırıb.
Təşkilat belə bir bəyanatla donor ölkələrin Küveytdə keçirilən konfransında çıxış edib.

Təşkilatın baş katibi Ban Kİ Moon münaqişə tərəflərini, xüsusilə də Suriya hökumətini insanlıq naminə savaşı dayandırmağa çağırıb.

BMT-nin nümayəndələri bu məqsədə ilkin olaraq 1,5 milyard dollar vəsait toplamaq fikrindədirlər.
Artıq Küveyt bu məqsədə 300, ABŞ-la Avropa Birliyi isə 400 milyon dollar ayıracaqlarını vəd ediblər.

BMT-nin məlumatına görə hazırda qonşu ölkələrdə 700 minədək Suriya qaçqını var.BMT və

Donor ölkələrin Küfeyt konfransında Suriyanın müttəfiqləri olan Rusiya ilə İran da iştirak edib.

Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi dünən BMT-nin təhlükəsizlik şurasında keçirilmiş brifiqndən sonra mətbuata açıqlamasında Suriyanın getdikcə dağıldığını deyib.
XS
SM
MD
LG