Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 01:24

Ölkə büdcəsində cəmi 217 dollar qalıb


100 milyard Zimbabve dolları
100 milyard Zimbabve dolları
Zimbabvenin dövlət büdcəsində cəmi 217 dollar pul qalıb.
Bu xəbərdarlığı ölkənin maliyyə naziri Tendai Biti edib.

Cənubi Afrika Press Assosiasiyasının məlumatına görə, maliyyə naziri paytaxt Hararedə ölkə jurnalistləri ilə görüşündə deyib ki, onların bəziləri öz ölkələrindən varlıdır.

Zimbabvedə 10 illlik əziyyətdən və inflyasiya 500 milyard faizə çatandan və hətta 100 milyardlıq Zimbabve dolları əskinası dövriyyəyə buraxılandan sonra Zimbabve 2009-cu ildə qərara gəldi ki, ABŞ dollarına keçsin və koalisyon hökumət quruldu.

Ancaq Muqabe hökumətinin vergiləri aşağı həddə saxlaması daimi pul qıtlığı problemi yaradır.
Büdcədə indiki vəziyyət isə büdcə işçilərinin maaşının ödənməsindən sonra yaranıb.
XS
SM
MD
LG