Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

ABŞ kosmosa meymun göndərən İranı ittiham edir


ABŞ İranı kosmosa meymun göndərməklə BMT-nin bir sıra qətnamələrini pozmaqda ittiham edir. Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib ki, əgər İranın komosa canlı meymun göndərməsi haqda xəbərlər doğrudursa, onda onlar BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsini pozmuş olub. BU qətnamə İrana nüvə başlığı daşıya biləcək istənilən qurğuların buraxılmasını və sınağını da qadağan edir.

ABŞ rəsmisi İranın doğrudan da raket buraxıb buraxmadığını dəqiqləşdirməyib, amma deyib ki, kosmosa uça bilən istənilən raket həm də nüvə başlığı daşıya bilər deyə təhlükəlidir.

İran rəsmiləri Bazar ertəsi 120 kilometrlik məsafəyə - kosmosun sərhədinə meymun göndərdiklərini və sağ-salamat geri döndüyünü bəyan ediblər.
XS
SM
MD
LG