Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 15:41

Bakıda 12 nəfər dəm qazından zəhərlənib

Ötən gün Bakı şəhərinin müxtəlif yerlərində 12 nəfər dəm qazından zəhərlənib.

Bakı şəhər Təcili və Tibbi yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənən şəxslərdən 8 nəfərin vəziyyəti nisbətən ağır olduğu üçün onlar müvafiq xəstəxanalara yerləşdirilib.

Zəhərlənənlərdən 4 nəfərə isə ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya göndərilməyib.
This item is part of
XS
SM
MD
LG