Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:03

Rusiyanın müdafiə nazirinin Ermənistana 2 günlük səfəri başlanır


Rusiyanın müdafiə naziri Shoigu yanvarın 28-i- 29-u Ermənistanda, yanvarın 29-u-30-u isə Qazaxıstanda səfərdə olacaq.
Bunu müdafiə nazirliyinin sözçüsü Zatulina bildirib.

O deyib ki, Shoigu Ermənistanın prezidenti və müdafiə naziri ilə görüşəcək, yanvarın 29-da isə Gümridəki 102-ci Rusiya hərbi bazasına gedəcək.
Shoigunun Ermənistan səsfərində hərbi və hərbi-texniki əməkdaşlığın indiki vəziyyəti və perspektivi müzakirə olunacaq.
XS
SM
MD
LG