Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 13:45

Xarici işlər nazirlərinin həmsədrlərlə görüşü gözlənilir


Arxiv foto: Elmar Məmmıdyarov və Edward Nalbandian-ın Paris görüşü, 2012-ci il
-

Yanvarın 28-i Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün artıq Parisə yola düşüb. Səfər çərçivəsində XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyaları müzakirə edəcəklər.

Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edward Nalbandian-la görüşü də planlaşdırılır.

Parisdə iki ölkənin XİN başçılarının görüşüb-görüşəcəyi məlum deyil.

Edward Nalbandian ötən həftə bəyan edib ki, zərurət yaranarsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər. Həmsədrlər nazirlərin görüşlərini planlaşdırsalar da, görüşün formatını nazilər özləri müəyyənləşdirməlidir. /APA/
XS
SM
MD
LG