Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Azərbaycan zabitinin göldə boğulduğu deyilir


Arxiv foto
Arxiv foto
-

Azərbaycan Ordusunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, faciə Naxçıvan Muxtar Respublikasında (MR) qeydə alınıb. Məlumata görə, istirahət günü axşam saatlarında Naxçıvandakı hərbi hissənin zabiti, 1983-cü il təvəllüdlü kapitan Seyidov Faiq Əliheydər oğlu Babək rayonunun Uzunoba gölündə balıq tuturmuş. Bu zaman buz qırılıb, suya düşən zabit boğularaq ölüb.

Bir saat sonra onun meyiti göldən çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.
XS
SM
MD
LG