Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:57

Holokost qurbanları yad edilir


Auschwitz düşərgəsinin əsirləri, 1945-ci il yanvarın 27-də Sovet qoşunlarının gəlişini izləyir
Auschwitz düşərgəsinin əsirləri, 1945-ci il yanvarın 27-də Sovet qoşunlarının gəlişini izləyir
-
Yanvarın 27-i bütün dünyada Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd olunur. 1945-ci il yanvarın 27-də Almaniya-Polşa sərhədi yaxınlığında faşist əsir düşərgəsi - Auschwitz-Birkenau Sovet qoşunları tərəfindən azad edilib. 2005-ci ildə BMT Baş Assambleyası bu tarixin anım günü kimi qeyd olunmasına qərar verib.
1945-ci ilin yanvar ayında Sovet qoşunları Krakova yaxınlaşanda SS əsgərləri Auschwitzdəki 60 minə yaxın əsiri piyada düşərgədən başqa yerə köçürmək qərarına gəlib. Minlərlə adam köçürmə əməliyyatından əvvəl güllələnib. 15 min nəfər qışın ortasında yürüş vaxtı yolda ya donub, ya da güllənərək öldürülüb.
Yanvarın 27-də Sovet qoşunları düşərgəyə daxil olub buradakı ölməkdə olan 7 min əsiri azad ediblər. Hesablamalara görə, 1940-cı ildən bu yana Auschwitz ölüm düşərgəsinə 1.3 milyon nəfər sürgün edilib və öldürülüb.
Beynəlxalq anım günündən əlavə dünya yəhudiləri aprel ayında Holokost qurbanlarının anım gününü - Yom Hashoah qeyd edirlər.

2012-ci ildə Yom Hashoah aprelin 19-na təsadüf edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG