Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:43
“Polis İsa Qəmbərin Lənkəran səfərinə heç bir müdaxilə etməyib.
Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə hazırdır, həmçinin də İsa Qəmbərin”.

Bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, İsa Qəmbərin maşın karvanı Lənkərana gedərkən yol hərəkəti qaydalarını pozaraq, digər avtomobillərin hərəkətinə mane olduğuna görə saxlanılıb və onlara bildirilib ki, digər vətəndaşlara maneçilik törədir.

Ehsan Zahidovun dediyinə görə, yol polisi Müsavat başqanını müşayiət edən maşın karvanına hərəkət qrafiki də təklif edib, amma onlar DYP əməkdaşalrının bu təklifini qəbul etmədikləri üçün geri qayıdıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG