Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Misirin Port-Səid şəhərində yenidən toqquşma olub


Foto arxiv
Foto arxiv
Bu gün Misirin Port-Səid şəhərində yenidən toqquşma olub.

Toqquşma dünənki iğtişaşlar zamanı ölənlər dəfn edilərkən baş verib.
Polis kütləni dağıtmaq üçün yözyaşardıcı qazdan istifadə edib, atəş səsləri eşidilib.

Dünənki toqquşmalarda azı 31 adam ölüb.

Toqquşmalara səbəb Qahirə məhkəməsinin ötən il şəhər stadionunda baş vermiş hərc-mərclikdə ittiham olunanlardan 21-i ölümə məhkum etməsi olub.

Həmin vaxt stadionda baş verən gütləvi iğtişaşda 74 adam ölüb.
52 nəfər barəsində isə bu ilin martında hökm oxunacaq.

Həmçinin 4 gündür ki, paytaxt Qahirədə prezident Muhammad Morsiyə etiraz olaraq nümayiş keçirilir.
Aksiyaçılar onu verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmi Katherine Ashton Misir hakimiyyətini qayda-qanunu bərpa etməyə çağırıb.
XS
SM
MD
LG