Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 11:07

Polis idarəsinin qarşısında intihara cəhd


Foto: Arxiv
Foto: Arxiv
-
Füzuli sakini Dünyamin Adıgözəlov rayon polis idarəsinin qarşısında özünü yandırıb.

Bu haqda AzadlıqRadiosuna onun atası Çoban Adıgözəlov məlumat verib.

O deyir ki, oğlu polis idarəsinin yüksəkvəzifəli əməkdaşı ilə mübahisə etdikdən sonra özünü yandırmaq fikrinə düşüb. Mübahisə pul üstündə yaranıbmış. Çoban Adıgözəlov bildirir ki, bir müddət öncə həmin polis əməkdaşı Dünyamin Adıgözəlovdan 3500 manat pul alıb. Dünyamin Adıgözəlov həmin pulu geri almaq üçün polis idarəsinə gedib və mübahisə də bundan sonra yaranıb.

Fizuli rayon Polis İdarəsindən hadisəni təsdiqlədilər:

«Dünyamin adlı şəxs idarənin qarşısında özünü yandırıb, onu xəstəxanaya göndərmişik. Əlavə heç nə deyə bilmərik. Bu haqda DİN-ə də məlumat vermişik».

Çoban Adıgözəlov isə deyir ki, xəstənin vəziyyəti ağır olduğundan Füzuli rayon Xəstəxanası onu Bakıya göndərib.
XS
SM
MD
LG