Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:06

İraqda hökumət əleyhinə aksiyalar davam edir


İraqın Əl-Fəllucə şəhərində polis kütləni dağıdarkən azı 9 nəfər yaralanıb.

Sünnni etirazçılar polisi daşa basarkən polis havaya xəbərdarlıq atəşi açmalı olub.

Toqquşmaya səbəb hərbçilərin aksiyaçılardan 3-nü həbs eləməsi olub.
Aksiyaçılar əsas maşın yolunu bağlamağa cəhd göstəriblər.

Ötən ilin dekabrından bu yana Anbar əyalətinin sünni sakinləri şiə baş nazir Nuri al Maliki hökumətinin siyasətinə etiraz olaraq kütləvi etiraz aksiyaları keçirirlər.

Onlar hökuməti ayr-seçkilik və repressiyalarda günahlandırırlar.
XS
SM
MD
LG