Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:48

İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi gedir


Bu gün İsmayıllı hadisələri ilə əlaqədar Şamaxı polisinə aparılan 14 nəfərin məhkəməsi başlanıb.

Bu barədə AzadlıqRadiosuna Şamaxı rayon Məhkəməsindən məlumat veriblər.

Həmçinin Göyçay polisində saxlanılanların hamısı məhkəməyə göndərilib.
«Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıllı saxlananların 150 nəfər olduğunu və onların qonşu rayonların polis idarələrinə aparıldığını bildirir.

Onun dediyinə görə, ötən gecə İsmayıllı rayon Məhkəməsində saxlananlardan 40 nəfər barəsində sutkalıq həbs qərarı çıxarılıb.

Hüquq-mühafizə orqanları bütövlükdə saxlananların neçə nəfər olması və harada saxlanması barədə məlumat verməyib.
XS
SM
MD
LG