Keçid linkləri

2026, 20 İyul, bazar ertəsi, Bakı vaxtı 17:55

Bibiheybətdə benzin maşını aşıb

-
Hadisə Bakı-Qazax yolunun 10-cu kilometrliyində, Bibiheybət ərazisində baş verib.

Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildiriblər.

Benzin daşıyan avtomobil sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə avtomobilin sürücüsü ölüb. Yanacaq çənində olan benzin ətrafa səpilib və ərazidə yanğın başlayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG