Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:36

Misirin Port-Səid stadionundakı hərc-mərcliyə görə, 21 nəfər ölümə məhkum edilib


Misir məhkəməsi ötən il Port-Səid stadionunda 74 nəfərin ölümü ilə nəticələnmiş hərc-mərclliyə görə ittiham olunanlardan 21-ə ölüm hökmü kəsib.
52 nəfərə isə martda hökm oxunacaq.

Bu gün hadisənin baş verdiyi Suez şəhərində keçmiş prezident Hosni Mubarakın devrilməsinin 2-ci ildönümü ilə bağlı yaranmış hərc-məcliyin qarşısını almaq üçün küçələrə zirehli texnikalar yeridilib.

Həmçinin dünən ölkənin digər şəhərlərində nümayişçilərlə polis arasında toqquşma olub.
Nəticədə 7 nəfər ölüb, 400-dən çox adam yaralanıb.

Nümayişçilər indiki prezident Muhammad Morsini verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.

Morsi isə əhalini zorakılıqdan yayınmağa və fikirlərini dinc ifadə etməyə çağırıb.
XS
SM
MD
LG