Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 03:40

Əli Əhmədov «Şöhrət» ordeni aldı


Əli Əhmədov
Əli Əhmədov
-
Prezident İlham Əliyev yanvarın 25-də Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə prezidentin rəsmi saytı məlumat verir.

Sərəncamda ordenin ona Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə verildiyi bildirilir.

Əli Əhmədov bu sərəncamın verildiyi gün İsmayıllı rayonunda olub. O, rayon rəhbərliyinin yerli sakinlərlə görüşündə iştirak edib. Yanvarın 23-də İsmayıllıda əhalinin etirazları zamanı «Çıraq» moteli və bir neçə avtomobil yandırılmışdı.

Əli Əhmədov 1953-cü ildə Ermənistanda doğulub. Yanvarın 27-də onun 60 yaşı tamam olur.

Əli Əhmədovun İsmayıllıda çıxışı

Your browser does not support iframes.
XS
SM
MD
LG