-
Sabunçu rayonunda 3 il öncə istifadəyə verilən 311 saylı orta məktəb qəzalı olduğu səbəbi ilə bağlanıb. Bu məktəbin şagirdləri dərslərini başqa orta təhsil ocaqlarında davam etdirmək məcburiyyətində qalıblar.
İbtidai sinif şagirdləri Sabunçudakı 7 saylı liseyə, yuxarı sinif şagirdləri Balaxanıdakı 259 saylı orta məktəbə göndəriliblər. Yerbəyer edilmələrindən, uzaqlıqdan, nəqliyyat xərclərinin çoxluğundan narazı qalan valideynlər vaxtaşırı aksiyalar keçirərək övladlarının öz məktəblərinə qaytarılmalarını istəyirlər.
Valideyn Səyyad Babayev:
«Beş nəvəm oxuyur bu məktəbdə. 4 aydır bizim məktəbimiz bağlanıb. Nəyə görə, nə səbəbə bağlanıb, demirlər. Mən özüm şəxsən Təhsil Nazirliyində olmuşam, deyirlər ki, bizlik deyil, gedin başqa nazirliklərə. 10-15 manat veririk avtobusa, uşaqları aparırıq Balaxanıya, oradakı peşə məktəbinə. Dağılıb, gedib məktəb».
Valideyn Fazilə Yusifova:
«Uşağa 10 manatdan maşın tutmağa gücümüz çatmır. Heç boğazımıza çatdıra bilmirik... 4 nəvəm gedir məktəbə... marşruta verməyə 40 manat pulu haradan alım?».
«KİMLƏRİNSƏ BU ƏRAZİYƏ GÖZÜ DÜŞÜB»
Müəllimə Yeganə Vəliyeva deyir ki, qəza vəziyyəti aradan qaldırılandan sonra məktəb yenidən qapılarını açacaq:
«Nazirliyə getdik, danışdıq, bu iş həll olunub. Bizə orada dedilər ki, məktəbin altında qaz var. Dedilər, iş gedəcək, təmir olunacaq, havalandırma sistemi qoyulandan sonra qayıdacaqsınız məktəbə».
Valideyn Şakir Quliyevin fikrincə, məktəbin altından qaz sızması barədə deyilənlər bəhanədən başqa bir şey deyil:
«Hər həftə deyilir ki, filan vaxt məktəb açılacaq. Deyirlər, guya, qaz sızır. Qaz sızırsa, hər gün burada niyə hazırlıq keçir, pullu məşğələlər, idman dərsləri təşkil edirlər? Direktor deyir, qaz sızır, əslində, belə deyil».
Sabunçu rayonu sakinlərindən İslam Hüseynov da məktəbin qəzalı duruma görə bağlandığına inanmır. O deyir ki, kimlərinsə bu əraziyə gözü düşdüyü üçün belə şayiələr yayırlar:
«Deyirlər, qəzalıdır. Ancaq FHN sənəd verib ki, qəzalı deyil, məktəb fəaliyyət göstərə bilər. Düzü budur ki, sahəni satıblar almanlara. Burada 5 min sakin var. Artıq bizə məhkəmədən məktublar gəlir ki, evimizi söküb çıxaq burdan. Bizim evlərinin yerində mehmanxana tikmək istəyirlər. Məktəb olan sahəni də, yaşayış evlərini də sökmək istəyirlər. Məsələnin canı budur. Başqa məsələ yoxdur. Sıxışdırırlar, incidirlər ki, buradan çıxaq. 4 aydır şikayətimizə baxan yoxdur. 20 gün dərs keçdilər, ondan sonra dayandırdılar».
«HƏR MÜXBİRƏ «OTÇOT» VERMİRƏM»
Məktəbin direktoru Esmira Muradova narazı valideynlərin başqa məqsəd güddüklərini bildirdi:
- Heç kimə gizli deyil ki, hər şey şagirdlərin təhlükəsizliyi üçün edilir. Valideynlərin çoxu narazı deyil. Başqa heç nə deyə bilmərəm. Bağlanıb, vəssalam. Əksər valideynlər məni dəstəkləyir. Valideynlər mənimlədir. 1-2 tör-töküntüdən başqa. Kimlərsə ölkəmizdə qarmaqarışıqlıq yaratmaq, ölkəmizə zərbə vurmaq istəyir, mən ona yol verməyəcəyəm. Valideynlər bugünkü günlə barışıblar.
- Təhlükəsizliklə bağlı sizə kim müraciət edib? Hər hansı sənəd təqdim olunubmu ki, məktəbi bağlayasınız?
- Mən hər müxbirə «otçot» («hesabat» demək istəyir – Y. N.) vermirəm.
Nə FHN-dən, nə də Təhsil Nazirlindən məktəbin hansı səbəbdən bağlanmasına dair şərh vermək istəmədilər.