Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:20

Minlərlə timsah fermadan qaçdı



Cənubi Afrika polisi selə görə ölkədəki fermalardan birindən qaçan minlərlə timsahın tutulmasına səfərbər olunub. Rəsmilər yanvarın 25-də azı 7 000 timsahın qaçdığını, indiyə qədər onlardan 2 000-ə yaxının tutulduğunu deyirlər. Onların bildirdiklərinə görə timsahların əksəriyyəti azı 2 metr uzunluğundadır.

Polis hələlik timsahların hücumu barədə heç bir məlumat almadığını bildirir. Amma Daxili İşlər Nazirliyi vətəndaşları su tutarlardan kənar durmağa çağırıb.

Rakvena adlı timsah fermasından heyvanlar Simbabve ilə sərhədə Limpopo çayına yuyulmaq üçün aparılıbmış.

Cənubi Afrikanın bu əyalətində bir neçə timsah ferması fəaliyyət göstərir. Həmin fermalar əsasən geyim sənayesi müəssisələrinə timsah dərisi satırlar.
XS
SM
MD
LG