Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Rusiyada məktəblər, iş yerlərində siqaret qadağan olunur



Rusiya Dövlət Duması yanvarın 25-də siqaret çəkilməsinə yeni qadağalar nəzərdə tutan qanunu ikinci oxunuşda müzakirəyə çıxarıb. Qanun layihəsində universitetlər və məktəblərdə, iş yerlərində, yaşayış binalarının ümumi istifadədə olan sahələrində ictimai nəqliyyatda siqaret çəkilməsinə qadağa nəzərdə tutulur.

Layihə həmçinin siqaretə vergilərin yüksəldilməsini, onun qiymətinin minimuma qədər azaldılmasını nəzərdə tutur ki, beləliklə, siqaret satmaq da sərfəli olmasın.

Sənədin qanuni qüvvəyə minməsi üçün Dumada üç oxunuşda müzakirə edilib qəbul olunduqdan sonra Federasiya Şurasında da müzakirə olunması və prezidentin onu imzalaması lazımdır.
XS
SM
MD
LG