Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 21:43

Eynulla Fətullayev öz filmi ilə bağlı açıqlama verib


Yanvarın 25-də Eynulla Fətullayev başçılıq etdiyi «İnsan Haqları Uğrunda» İctimai Birliyinin həyata keçirdiyi «Avropanın qürubu və ya liberal dəyərlərin böhranı» layihəsi çərçivəsində çəkilmiş «Avropanın qürubu» adlı filmlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, «Avropanın qürubu» filminin ssenarisi və çəkilişi «İnsan Haqları Uğrunda» İctimai Birliyi tərəfindən həyata keçirilib: «Filmin hazırlanmasında texniki yardımı isə «İnternyus Azərbaycan» təşkilatı göstərib. Təşkilatlarımız arasında müvafiq müqavilə imzalanıb və bu müqaviləyə əsasən «İnternyus Azərbaycan» şirkətində filmin montajı və səsyazma, həmçinin dublyaj işləri həyata keçirilib. Filmin müəlliflik hüququ isə «İnsan Haqları Uğrunda» İctimai Birliyinə məxsusdur».

Eynulla Fətullayevin bu açıqlaması «Avropanın qürubu» adlı filmin müəllifliyi məsələsində yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədi daşıyır. Belə ki, bu filmin «İnternyus Azərbaycan» təşkilatının filmi olduğu haqda yanlış məlumatlar yayılmışdı.

Öz növbəsində «İnternyus Azərbaycan» təşkilatı bəyan edir ki, «Avropanın qürubu» filminin ssenarisi və çəkilişi «İnsan Haqları Uğrunda» İctimai Birliyi tərəfindən həyata keçirilib.

«İnternyus Azərbaycan» humanitar, qeyri-siyasi qurumdur, qeyri-hökumət təşkilatıdır və ayrı-ayrı QHT-lər və dövlət strukturları mütəmadi olaraq «İnternyus Azərbaycan»a müraciət edərək həyata keçirmək istədikləri çəkilişlərə texniki dəstək alırlar. «İnternyus Azərbaycan» təşkilatı belə bir texniki dəstək vermək üçün lazımi avadanlıqlara malikdir. Lakin bu texniki dəstək çəkilən filmlərin, süjetlərin «İnternyus Azərbaycan»a məxsus olması demək deyil.

Bu tipli filmlərin, süjetlərin məzmununa «İnternyus Azərbaycan» təşkilatının heç bir aidiyyəti yoxdur./Mediaforum/
XS
SM
MD
LG