Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

ABŞ səfiri: «Nazirlərin Paris görüşündə aeroport məsələsi də müzakirə olunacaq»


Richard Morningstar
Richard Morningstar
-
Dağlıq Qarabağdakı aeroport məsələsi çox güman ki, gələn həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə müzakirə olunacaq.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riсhard Morningstar bildirib.

«Biz öz tərəfimizdən tərəfləri regionda gərginliyin artmasına səbəb ola biləcək və danışıqlara mane olacaq addımlardan çəkinməyə çağırmışıq. Həmsədrlərin qeyd etdiyi kimi, bu kimi addımlar xeyirli ola bilməz. Ümidvaram ki, Dağlıq Qarabağdakı aeroport məsələsi Parisdə müzakirə olunacaq və diplomatik məcrada öz həllini tapacaq».

Bir müddətdir ki, qondarma Dağlıq Qarabağ rejimi Xankəndi hava limanını istifadəyə verib. Azərbaycan XİN aeroportun açılması ilə Ermənistanın danışıqlar prosesinə ciddi zərbə vurduğunu, Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG