Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:31

Azərbaycan ATR təyyarələrini satışa çıxarıb


«Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkında olan ATR tipli təyyarələri «Embraer» avialaynerləri ilə əvəzləyəcək. Bu barədə «APA-Economics»ə AZAL-ın İstehsal-Koordinasiya İdarəsinin rəisi Natiq Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, AZAL özünə məxsus Fransa istehsalı olan ATR tipli təyyarələr Braziliya istehsallı «Embraer» avialaynerlərinə dəyişmək niyyətindədir:

«Balansımızda olan ATR tipli təyyarələr satışa çıxarılıb. Onların əvəzində 4 ədəd «Embraer» təyyarəsi alınacaq ki, onlardan ikisi cari ilin may ayında, ikisi isə iyul ayında əldə olunacaq».

Hazırda AZAL-ın təyyarə parkında 3 ədəd «ATR-72» təyyarəsi mövcuddur. Ümumilikdə isə aviaşirkətin parkında müxtəlif tipli 20 avialayner var.
XS
SM
MD
LG