Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Prezident Davosda yeni görüşlər keçirib



Prezidentin rəsmi saytı yanvarın 24-də İlham Əliyevin Davosda keçirdiyi görüşlərlə bağlı məlumat yayıb.

İsrail prezidenti Shimon Peres-lə görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

«GDF Suez» şirkətinin prezidenti Jean-François Cirelli ilə də görüşdə gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə tam təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa «Abşeron» qaz yatağının işlənməsi, «Şahdəniz» yatağından hasil olunan qazın alınmasına və nəqlinə dair də fikir mübadiləsi aparılıb.

İlham Əliyevin «Microsoft International» şirkətinin prezidenti Jean-Philippe Courtois ilə də görüşüb. Görüşdə «Microsoft International» şirkətinin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlər, gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin Azərbaycanda informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuchma ilə görüşüb.
XS
SM
MD
LG