Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:14

BMT pilotsuz təyyarələrlə hücumlara görə araşdırmaya başlayıb



BMT-nin İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Ben Emmerson mülki vətəndaşların pilotsuz təyyarələr və başqa vasitələrlə qətlə yetirilməsinə dair araşdırma başlayıb.

Yanvarın 24-də Londonda jurnalistlərlə görüşündə o bildirib ki, pilotsuz texnika həddən artıq çoxaldığından ondan istifadə ilə bağlı ayrıca sənədlərin hazırlanmış qəbul olunması vacibdir. Onun fikrincə, həmin texnologiyadan istifadə ilə insan tələfatına görə məsuliyyət müəyyən edilməlidir.

BMT Pakistan, Əfqanıstan, Yəmən, Fələstin əraziləri və Somalidə 25 nəfərin ölümü ilə nəticələnmiş pilotsuz təyyarələrlə hücumları da araşdıracaq.

Pilotsuz təyyarələrin istifadəsi son illər daha çox mübahisə mövzusuna səbəb olub. ABŞ belə texnikanı terror təşkilatlarının liderlərinə qarşı effektiv silah hesab edir. Amma tənqidçilər bu silahlarla mülki sakinlərin öldürülməsinə daha çox diqqət çəkirlər.
XS
SM
MD
LG