Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Çeçenistanda yaraqlı hesab edilən çox sayda adam öldürülüb


Rusiyanın Çeçenistan Respublikasında yaraqlı hesab olunan 11 nəfər öldürülüb.
Çeçenistanın lideri Ramzan Kadyrov bildirir ki, yanvarın 23-də respublikanın cənub rayonlarında keçirilən xüsusi əməliyyat zamanı öldürülənlər arasında islamçı yaraqlılar kimi tanınan Muslim və Khusein Gakayev qardaşları da var.

2010-cu ildə Kadyrov Gakayev qardaşlarının yeri haqqında məlumat verənlərə 10 milyon rubl – təxminən 330 min dollar mükafat vəd etmişdi.

Onlar Kadyrov-un doğulduğu Tsentoroi kəndinə basqında ittiham edilirdilər.
XS
SM
MD
LG