Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:26

Avropa Birliyi: Azərbaycanda öz baxışlarına görə həbs olunanlar var


Arxiv fotosu
Arxiv fotosu
Avropa Birliyinin komissarı Stephan Fule AzadliqRadiosunun Azərbaycanca siyasi məhbuslar varmı sualına cavab olaraq bildirib

İnanıram ki, Azərbaycanda öz baxışlarına görə həbs olunan adamla var və bu, yalnız Avropa Şurasını yox, Avropa Birliyini də narahat edən məsələdir.

Bu Azərbaycan hakimiyyəti ilə işlədiyimiz bir sıra sahələrdən biri olsa da, narahatlıq doğuran əsas sahədir.

Əməkdaşlığımızın inkişaf etdirilməsinin əsas yolu, əlbəttə böyük mənada Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin və bu öhdəlikləri təmin edəcək qanunların qəbul edilməsindən, Azərbaycan hakimiyyətinin müxalifətlə davranışından, ifadə azadlığına, fərqli baxışlara olan münasibətindən asılıdır.
XS
SM
MD
LG