Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:29

Markiz de Sadın pornoqrafik əlyazmasına 5 milyon dollar ödəyirlər!


Marquis de Sade
Marquis de Sade
-

(Marquis de Sade-ın əlyazmasının macəralarla dolu səyahəti)


Fransa Milli Kitabxanası Marquis de Sade-ın «Sodomun 120 günü» («The 120 Days of Sodom») əsərinin əlyazmasına 5 milyon dollar ödəməyə hazırlaşır.

Əsər pornoqrafik təsvirlərlə doludur.

Xəbəri New York Times qəzeti yayıb.

ƏLYAZMA FRANSANIN MİLLİ SƏRVƏTİDİR

Kitabxananın direktoru Bruno Racine XVIII əsrə aid əlyazmanı fransız xalqının milli sərvəti saydığından, onun geniş xalq kütləsinə çatmasını arzulayır.

Direktor artıq bir neçə ildir ki, Marquis de Sade-ın təsadüfən salamat qamış bu «radikal və zəhlətökən» əlyazmasını almaq üçün danışıqlar aparır.

Ölkənin ən böyük kitabxanasının direktoru qiymətli əlyazmanın 2014-cü ildə - yazıçının 200 illiyi qeyd olunan zaman kitabxananın fondundakı digər əlyazmalarla birgə sərgilənməsini istəyir.

ƏSƏR BASTİLİYA QALASINDA YAZILIB

Marquis de Sade «The 120 Days of Sodom» romanını 1785-ci ildə 37 günə - Bastiliya qalasında yatarkən yazıb.

Mətn heç bir düzəliş edilmədən 20 metr uzunluğu olan ensiz bir kağıza, xırda hərflərlə hər iki tərəfdən yazılıb...

YAZIÇI ÖMRÜ BOYU ƏLYAZMANI İTMİŞ SANIB

Marquis de Launay-ın "Bastiliyaya hücum" əsəri
Marquis de Launay-ın "Bastiliyaya hücum" əsəri
Yazıçı oğurlanmasından qorxduğu üçün onu kameranın divarının yarıqlarında gizlədib.

Bastiliyanın alınmasına bir az qalmış - 1789-cu il iyunun 14-də əlyazmasını götürməyə imkan vermədən markizi müalicəxanaya köçürüblər.

Marquis de Sade ömrünün sonuna kimi əlyazmanın itdiyini güman edib.

Ancaq əlyazma tapılıb, bir neçə dəfə satılaraq əldən-ələ ötürülüb və nəhayət XX əsrin əvvəllərində dərc edilib.

NAŞİR ƏLYAZMANI OĞURLAYIB QAÇDI...

1929-cu ildə əlyazmanı Marquis de Sade-ın varisləri (Ms. de Noailles) alıb və bir müddət sonra onu Jean Grouet adlı naşirə nəşr etdirmək üçün verib.

Amma Jean Grouet fırıldaqçı çıxıb.

O, əlyazmanı qeyri-qanuni yolla İsveçrəyə aparıb və Gérard Nordman adlı erotika kolleksiyaçısına 60 min dollara satıb.

Əlyazmanın sahibləri Fransada məhkəmə iddiası qaldırıb, məhkəmə 1990-cı ildə oğurluq olduğu üçün manuskriptin geriyə qaytarılması hökmü çıxıb.

Qəribədir ki, İsveçrə məhkəməsi Gérard Nordman-ın xeyrinə qərar çıxarıb...

FRANSA MİLLİ KİTABXANASI HƏR İKİ TƏRƏFƏ PUL ÖDƏYƏCƏK

2012-ci ilin yanvarında İsveçrənin mədəniyyət fondunda saxlanan mübahisəli əlyazmanı fransız kolleksiyaçısına satmaq məsələsi ortaya çıxanda əlyazmanın əsl sahibləri satışa razılıq verməyiblər.

Varislər əlyazmanın kolleksiyaçıda yox, Fransa Milli Kitabxanasında saxlanılmasını istəyib. Çünki kitabxana hər iki tərəfə pul ödəyəcəyini bildirib.

Arxiv foto
Arxiv foto
Fransa Milli Kitabxanası əlyazmanı almaq üçün gərək olan 5 milyon dolları şəxsi ianələr yolu ilə yığmaq fikrindədir.

NADİR ƏLYAZMALAR KİTABXANALARDA QORUNMALIDIR!

Bruno Racine əvvəllər Romadakı Fransız Akademiyasında və Jorj Pompidu Mərkəzində çalışıb.

2007-ci ildən Paris Milli Kitabxanasının direktorudur.

O vaxtdan kitabxana Fransa tarixinin önəmli milli sərvətlərinin - əlyazmaların və sənədlərin əldə edilməsi yolunda fəal siyasət aparır.

Xarici İşlər və Mədəniyyət Nazirlikləri ilə danışıqlar aparan Bruno Racine bu fikirdədir ki, nadir əlyazmalar şəxsi əllərdə yox, kitabxanalarda qorunmalıdır.

Onun səyləri nəticəsində Giacomo Girolamo Casanova-nın memuarları Michel Foucault-un arxivi artıq kitabxanada saxlanılır.

«SADİZM» ONUN SOYADINDAN YARANIB...

Xatırladaq ki, onatien Alphonse François, Marquis de Sade (1740-1814) tanınmış fransız aristokratı, filosofu və yazıçısıdır.

O, heç nə ilə sərhədlənməyən mütləq azadlıq tərəfdarı olub.

«Sadizm» termini onun soyadından yaranıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG