Keçid linkləri

2026, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Britaniyada Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirilə bilər

 David Cameron
David Cameron
Böyük Britaniyanın baş naziri David Cameron bəyan edib ki, əgər onun partiyası 2015-ci ildə keçiriləcək seçkilərdə yenidən qalib gəlsə, 2017-ci ilədək ölkənin Avropa Birliyindən çıxması ilə bağlı referendum keçirəcək.

O hazırda Avropa Birliyində ictimai peşmançılığın görünməmiş dərəcədə yüksək olduğunu deyib.

David Cameron qeyd edib ki, Avropa Birliyi inkişaf etmək və xalqın dəstəyini qoruyub saxlamaq üçün dəyişməlidir.

Bu məsələ Avropa ölkələri Şimali Amerikada narahatlığa səbəb olub.

Cameronun çıxışı hələ ötən həftəyə nəzərdə tutulsa da Əlcəzairdəki girov böhranına görə təxirə salınmışdı.
This item is part of
XS
SM
MD
LG