Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

AB ilə Azərbaycan arasında danışıqlar başlayır


Avropa Birliyi ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı ətrafında danışıqların ilk raundu yanvarın 24 və 25-də keçiriləcək. Bu haqda qurumun Bakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.

Avropa Komissiyası Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəsmiləri, quruma üzv dövlətlərin nümayəndələri Dövlət Mülki Aviasiya Administrasiyası və bir sıra nazirliklərin təmsilçiləri ilə danışıqlar aparacaqlar.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Səfir Roland Kobia deyib:

«AB və Azərbaycan arasında aviasiya sazişi ətrafında danışıqların başlanması tək ikitərəfli əlaqələrimizin deyil, eləcə də siyasi əlaqələrimizin, iqtisadi, ticarət və insanlar arasındakı əlaqələrin qüvvətləndirilməsi baxımından mühüm addımdır. Perspektiv tədqiqata əsasən sazişdən sonrakı ilk beş ildə AB və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860,000 nəfər ola bilər. Saziş nəticəsində iqtisadi faydalar əldə ediləcək. Bu, konkret fürsəti əldən qaçırmamalıyıq. AB xüsusilə də regionda artıq bir sıra ölkə ilə belə sazişlər imzalanıb, danışıqlar masasında Azərbaycanın da eyni siyasi iradə göstərəcəyinə ümidvaram».

Avropa Komissiyası 2011-ci ilin oktyabrında Avropa İttifaqı-Azərbaycan arasında Ümumi Aviasiya Məkanı Sazişi ətrafında danışıqlar aparmaq üçün 27 dövlətdən mandat alıb.

AB bu yöndə Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova, Mərakeş, İordaniya, İsraillə eyni sazişi imzalayıb. Hazırda Ukrayna, Livan və Tunislə danışıqlar aparmaqdadır.
XS
SM
MD
LG