Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Davosda Dünya İqtisadi Forumu başlayır


Pakistanlı jurnalist və rejissor Sharmeen Obaid-Chinoy ənənəvi Dünya İqtisadi Forumunda mükafat alandan sonra çıxış edir, 22 yanvar
Pakistanlı jurnalist və rejissor Sharmeen Obaid-Chinoy ənənəvi Dünya İqtisadi Forumunda mükafat alandan sonra çıxış edir, 22 yanvar
-

Dünyanın biznes və siyasi liderləri İsveçrənin Davos şəhərinə toplaşır. Yanvarın 23-dən ənənəvi Dünya İqtisadi Forumu işə başlayır. Beş gün davam edəcək forumda qlobal inkişaf perspektivi diqqətdə olacaq.

Forumda 100-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən 50 ölkənin dövlət və hökumət başçıları, biznes, vətəndaş cəmiyyəti və elmi dairələrin 1500-dən artıq təmsilçisi iştirak edəcək. Azərbaycan prezidenti İlham Əliyev də dünəndən Davosdadır.

Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi, Beynəlxalq Valyuta Fondunun başçısı Christine Lagarde və Rusiya baş naziri Dmitry Medvedev-in bu gün forumda çıxış edəcəyi gözlənilir.

Forum ərəfəsində Britaniyanın PricewaterhouseCoopers şirkəti rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, biznes liderlərinin əksəriyyəti bu il iqtisadiyyatın inkişafı ilə bağlı bədbindirlər.

Rəyi soruşulan 1300 idarəçinin cəmi 36 faizi inkişafa inanır. Bu siyahıda Rusiya və Hindistan istisna təşkil edir, hər iki ölkənin biznesmenlərinin 60 faizdən çoxu bu ilə nikbin yanaşır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG