Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:03

Zahid Oruc: "Silahlı qüvvələrin baş qərargahı Müdafiə Nazirliyindən xeyli ayrılmalıdır"


Zahid Oruj
Zahid Oruj
Azərbaycan silahlı qüvvələrinin baş qərargahı səlahiyyət baxımından Müdafiə Nazirliyindən xeyli ayrılmalıdır.

Bunu Trend-ə Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Millət vəkili hesab edir ki, Baş Qərargaha yüksək status verilməsi ordu quruculuğu sahəsində keyfiyyətin artmasına səbəb ola bilər.

O qeyd edib ki, orduda hüquqi məsələləri bərqərar etmək üçün bir sıra tədbirlər görülməlidir.

Zahid Oruc hesab edir ki, ilk növbədə, 110 mindən artıq kontingentin dövlət büdcəsi üçün ağırlığını nəzərə alaraq, bu prosesdə şəffaflığı artırmaq üçün müharibə şəraitinə baxmayaraq, mümkün dəyişiklikləri araşdırmaq lazımdır

O qeyd edib ki, Azərbaycanın ordu quruculuğu daha çox Avropa sisteminə inteqrasiya etməlidir.

Həmçinin hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, NATO standartlarına uyğun olaraq gələcəkdə Müdafiə Nazirliyi və Baş Qərargahın səlahiyyətləri ayrılmalıdır.

Amma ekspert bildirib ki, bu məsələ yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra gerçəkləşə bilər.
XS
SM
MD
LG